Vüqar Gülməmmədov: "Son 20 ildə büdcə gəlirləri və xərcləri 30 dəfə artıb"

5-12-2023, 09:35 6 dəfə baxılıb

Son 20 ildə Azərbaycanda dövlət büdcəsinin gəlirləri 1,2 milyard manatdan 34,9 milyard manata, xərcləri isə 1,2 milyard manatdan 35,9 milyard manata yüksəlib.

"Azerinews.az" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində bildirib.

Onun sözlərinə görə, bu da büdcə gəlirlərinin və xərclərinin təxminən 30 dəfə artması deməkdir.

"O cümlədən, 2003-cü ildən bəri milli təhlükəsizlik və hüquq-mühafizə orqanları ilə bağlı xərclər 56 dəfədən çox artaraq 155 milyon manatdan 8,7 milyard manata, sosial xərclər 20 dəfədən çox artaraq 551,8 milyon manatdan 11,1 milyard manata yüksəlib. Hesabat dövründə ölkəmizin ümumi daxili məhsulunun nominal ifadədə artımı təxminən 13 dəfə olub", - deyə sədr qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930