Yeni Zelandiya yenidən İrana qarşı sanksiyalar tətbiq edib

17-10-2025, 10:45 11 dəfə baxılıb

 

Yeni Zelandiya İrana qarşı yenidən sanksiyalar tətbiq etdiyini elan edib.

"Azerinews.az" xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Uinston Piters bəyan edib.

Yeni Zelandiya xarici siyasət idarəsinin məlumatında deyilir ki, sanksiyaların təkrarən tətbiq edilməsi İranın uranın zənginləşdirilməsi üzrə öz öhdəliklərinə əməl etməməsi səbəbindən beynəlxalq ictimaiyyətin dərin narahatlığını əks etdirir. Yeni Zelandiya nüvə silahının yayılmaması istiqamətində diplomatik səyləri ardıcıl olaraq dəstəkləyir. Biz təkidlə İranı danışıqları bərpa etməyə və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə hərtərəfli əməkdaşlığı davam etdirməyə çağırırıq.

Nazir bildirib ki, maliyyə məhdudiyyətlərini və Yeni Zelandiya ərazisinə girişin qadağan edilməsini də əhatə edən sanksiyalar oktyabr 18-dən qüvvəyə minir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031