Rusiya hərbçiləri artilleriyadan atəş açıb, Ukraynanın Xerson vilayətində 4 sakin ölüb

5-02-2024, 17:31 3 dəfə baxılıb

Rusiya hərbçilərinin açdığı artilleriya atəşi nəticəsində Ukraynanın Xerson vilayətində 4 dinc sakin ölüb.

"Azerinews.az" xəbər verir ki, məlumatı Ukrayna Daxili İşlər Nazirliyi yayıb.

Bildirilib ki, Rusiya hərbçilərinin açdığı atəş nəticəsində minik avtomobili yanıb. Yanğınsöndürənlər yanğını söndürən zaman maşının salonunda 2 nəfərin meyitini aşkarlayıblar. Artilleriya atəşi nəticəsində küçədə 66 yaşlı qadın da ölüb.

Nazirlik ümumilikdə 4 dinc sakinin öldüyünü bildirib.

Məlumata görə, Ukraynanın cənubunda yerləşən Nikolayevsk vilayətində də partlayış olub. Hadisə ilə bağlı təfərrüatlar yayılmayıb.

İnformasiyaya əsasən, Ukraynanın Denpr, Kirovoqrad, Odessa və Xarkov vilayətlərində həyəcan siqnalı işə düşüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930