Türkiyənin “Anadolu” xəbər agentliyinin əməkdaşlarının qaldığı “Park Hotel”ə də iki raket düşüb

11-01-2024, 20:30 2 dəfə baxılıb

 Ötən gecə Ukraynanın Xarkov şəhəri Rusiya tərəfindən raket hücumuna məruz qalıb.

Ukrayna-Rusiya müharibəsini işıqlandıran Türkiyənin “Anadolu” xəbər agentliyinin əməkdaşlarının qaldığı “Park Hotel”ə də iki raket düşüb.

Partlayış nəticəsində hotelin yuxarı mərtəbələri xarabalığa çevrilib, bina alovlanıb. Jurnalistlər hoteli kiçik xəsarətlərlə tərk edə biliblər. Əməkdaşların ikisi də yoxlamalar üçün xəstəxanaya göndərilib.

Həmçinin komandanın istifadə etdiyi avtomobil də hotelin yaxınlığındakı bir çox digər maşın kimi, zədələnərək yararsız hala düşüb.

Ukraynanın Xarkov Vilayəti Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov sosial media hesabından verdiyi açıqlamada hücumun S-300 raketləri ilə həyata keçirildiyini bildirib.

30-dan çox mülki şəxsin olduğu hotelin vurulduğuna diqqət çəkən Sinequbov qeyd edib ki, hadisə zamanı 11 nəfər yaralanıb.


Mənbə: Anadolu






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930