Rusiyalı yazıçı Boris Akuninə hökm oxunub

6-02-2024, 13:56 3 dəfə baxılıb

 

Moskvanın Basmannı məhkəməsi tanınmış rusiyalı yazıçı Boris Akunini (Qriqori Çxartaşvili) qiyabi həbsə məhkum edib.

Bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

“Moskvanın Basmannı rayon məhkəməsinin qərarı ilə Qriqori Çxartaşvili qiyabi olaraq iki ay müddətinə həbs edilib”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Boris Akunin Rusiya Silahlı Qüvvələrini nüfuzdan salmaqda ittiham olunub. 67 yaşlı tanınmış yazıçı Rusiya hökuməti tərəfindən terrorçu və ekstremistlər reyestrinə daxil edilib. Onun müəllifi olduğu kitabların Rusiya ərazisində satışının qadağan olunduğu və kitab mağazalarında satışdan yığışdırıldığı da bildirilib. Yazıçı hazırda Londonda yaşayır. 

Mənbə: RT






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930