Böyük Britaniyanın paytaxtı Londonda yerləşən Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin təsisçisi və rəhbəri Əli Tekin Ataların təşəbbüsü ilə 20 Yanvar hadisələrinə həsr edilmiş anım tədbiri keçirilib.
Bu barədə “Report”a Azərbaycanın Birləşmiş Krallıqdakı səfirliyindən bildirilib.
Tədbirin açılışında şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib və Azərbaycanın dövlət himni səsləndirilib.
Əli Tekin Atalar Azərbaycanın müstəqilliyinə gedən yolda baş vermiş 20 Yanvar faciəsinin bütün türk dünyasını sarsıtdığını vurğulayıb. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinin böyük tarixi hadisə olduğunu qeyd edib və bunun da öz növbəsində bütün Türk dünyasının qələbəsi kimi qiymətləndirib.
Tədbirdə çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Azərbaycan xalqının müstəqillik uğrunda əzmkar mübarizəsinin sovet imperiyasının dağılmasında həlledici rol oynadığını qeyd edib. Həmin dövrdə Moskvada təhsil aldığını və Azərbaycan nümayəndəliyində ümummilli lider Heydər Əliyevin 20 Yanvar hadisələri ilə bağlı çıxışının canlı şahidi olduğunu bildirib. Ulu öndərin həmin çıxışının onun Azərbaycan xalqının lideri olduğunu bir daha göstərdiyini və xalqın gücünə güc qataraq müstəqilliyə doğru inamını daha da artırdığını vurğulayıb.
Diplomat, həmçinin bildirib ki, 1990-cı ildən bəri ilk dəfədir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin edilib. Azərbaycanın dövlət müstəqilliyinə sədaqət və xalqın ən böyük sərvəti kimi dövlət müstəqilliyimizin qorunması cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas prinsipi olduğunu söyləyib. Qeyd olunub ki, şəhidlərin xatirəsinə ucaldılmış ən böyük abidə bugünkü müstəqil və qüdrətli Azərbaycan dövlətidir. Biz inanırıq ki, uzun illər davam edən ədalətsizlikdən sonra nəhayət şəhidlərimizin ruhu şaddır.
Bildirilib ki, 1990-cı ildə Sovet əsgərləri tərəfindən, həmçinin Azərbaycanda yaşayan çoxsaylı millətlərin nümayəndələri də şəhid edilib. Dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycan bütün vətəndaşlarının doğma evidir. 2020-ci il Vətən müharibəsi zamanı da Azərbaycanın bütün vətəndaşları bir yumruq kimi birləşərək torpaqlarımızı işğaldan azad etdiyi vurğulanıb.
Çıxışının sonunda Elin Süleymanov üzünü diaspor nümayəndələrinə, tədbirdə iştirak edən tələbələrə tutaraq cənab Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin daha da inkişaf etməsi və müstəqilliyimizin daha da möhkəmlənməsi naminə hər bir azərbaycanlını səylərini əsirgəməməyə çağırıb.
Britaniya Azərbaycan Cəmiyyətinin sədri Fəridə Pənahova çıxışında 1990-cı il 20 yanvar hadisələri baş verən dönəmdə Londonda Azərbaycanın Xalq artisti Lütfiyar İmanovun dünya azərbaycanlılarına müraciəti ilə bağlı xatirəsini bölüşüb.
Tədbirdə çıxış edən gürcüəsilli tədqiqatçı Tamara Draqadze 20 Yanvar hadisələri zamanı Azərbaycanda olduğunu və hadisələrin gedişatını yaxından izlədiyini qeyd edib. O, dünyada Azərbaycanla bağlı yanlış fikirlərin olmasından söhbət açıb və Qərbdə “islahatçı” kimi tanınan Mixail Qorbaçovun 20 Yanvar hadisələrinin sifarişçisi olduğunu vurğulayıb.
Tədbir zamanı, həmçinin britaniyalı jurnalist Neil Uotson Azərbaycanda olarkən Şəhidlər xiyabanını ziyarət etməsi barədə təəssüratlarını bölüşüb.
Çıxışlardan sonra Azərbaycan xalq musiqisi səsləndirilib və şəhidlərin ruhuna ehsan verilib.
20 Yanvar faciəsinə həsr edilmiş digər tədbir Londonda fəaliyyət göstərən Britaniya Avropa Azərbaycan məktəbində keçirilib. Tədbir zamanı məktəbin şagirdləri Azərbaycan tarixinə və 20 Yanvar hadisələrinə həsr olunmuş şerlər səsləndiriblər.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan ordusunun tarixi qələbəsi
Məni Şaiqdən ayırmayın - Kamal Talıbzadə
Qələbəyə aparan yol
Heydər Əliyev Mərkəzində “Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı” sərgisinin açılışı olub
Elm və Təhsil, Müdafiə nazirlikləri birgə Laçında “Bayraq yürüşü” keçirib
DÇ-2026: Bürünc medal uğrunda İngiltərə–Fransa dueli
ANAMA kollektivi Heydər Əliyevin məzarını ziyarət edib
Bazar günü Bakıda 33 dərəcə isti olacaq
“Tasnim”: ABŞ-ın Hörmüzqan vilayətinə hücumunda 8 mülki şəxs ölüb
Bəhreyn İranın bir neçə hava zərbəsinin qarşısını aldığını bildirib
Küveytdə İranın zərbələrindən sonra elektrik stansiyası və duzsuzlaşdırma zavodu yanıb
İranın hücumlarına görə Küveyt aeroportunda bütün uçuşlar dayandırılıb
Ukrayna Tambov vilayətində logistika mərkəzini vurub, 7 nəfər ölüb
BDYPİ bütün yol hərəkəti iştirakçılarını diqqətli və məsuliyyətli olmağa çağırıb
Azərbaycan neftinin qiyməti 92 dollara yaxınlaşır
Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər
Nazirlər Kabinetində 2029-cu il əhalinin siyahıyaalınmasına həsr olunan iclas keçirilib
Şənbə günü Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq
İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlanıb
Çin Səfirliyi: Pekin ABŞ-dəki seçkilərə müdaxilə etməyib
Bakının bir sıra yollarında tıxac yaranıb
İranda təxirə salınan quru əməliyyatı – İslam Respublikası hələ Venesuela deyil - ŞƏRH
Zelenski: Klimenko Ukraynanın müdafiə naziri postuna namizədlərdən biridir
Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq
Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb
Ermənistan hökuməti TRIPP üzrə ABŞ-la çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Şəmkirdə 11 nəfər salatdan zəhərləndi
Ukraynanın Rusiyanın Belqorod vilayətinə zərbələri nəticəsində 5 nəfər yaralanıb
"Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxır
"Islamabad Post": IV Şuşa Qlobal Media Forumu ölkələr və mədəniyyətlər arasında körpü olub
Sabahdan Bakıda və rayonlarda külək güclənəcək
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb
Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Pelleqrini və Əsədov Slovakiya şirkətlərinin Azərbaycanda iştirakının genişləndirilməsini müzakirə ediblər
Bəhreyndə İranın dron və raket zərbələrinin dəf edildiyi bildirilib
Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq
Səfir: "Bir millət, iki dövlət" anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı
Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
İlham Əliyev Ərdoğana Türkiyədə "Demokratiya və Milli Birlik Günü" münasibətilə məktub ünvanlayıb
Kamran Əliyev Kəlbəcərdə vətəndaşları qəbul edəcək
Ombudsman aparatının əməkdaşları ahıl şəxslərin sosial xidmət müəssisəsinə baş çəkib
Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşır
Bakıda avtovağzalın yaxınlığında yanacaqdaşıyan avtomobil yanıb
UEFA reytinqi: "Sabah" Azərbaycanın əmsalını daha da artırıb
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verib
Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi
Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb
Səhiyyə nazirinə yeni müavin təyin edilib
1 yaşlı qız yüksək hərarətdən vəfat etdi
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
Bu il “Avroviziya”nın 2-ci yarımfinalında çıxış edəcəyik - Fotolar
Elşad Xose həbs edildi.