Katolikos II Qareginin yaxın qohumları ilə bağlı iş məhkəməyə göndərildi

17-11-2025, 13:32 5 dəfə baxılıb

 

Bütün ermənilərin katolikosu II Qareginin qardaşı və qardaşı oğlu barəsində cinayət işinin materialları məhkəməyə göndərilib.

"Azerinews.az" "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bu barədə məlumatı Ermənistan Baş Prokurorluğu yayıb.

Daha əvvəl verilən məlumata görə, patriarxın qardaşı Gevork Nersisyan və qardaşı oğlu Ambartsum Nersisyan qərbpərəst Respublika Partiyasının üzvü və Vaqarşapat icmasının başçısı vəzifəsinə namizəd Arutyun Mkrtçyanın şikayəti əsasında bir aylıq həbs ediliblər. Mkrtçyan Gevork və Ambartsum Nersisyanları "xuliqanlıqda və təşviqat kampaniyasına mane olmaqda" ittiham edib.

İstintaqın iddiasına görə, onlar noyabrında 1-də Voskeat kəndində təşviqat kampaniyası zamanı (Vaqarşapat Ağsaqqallar Şurasına seçkidə) Respublika Partiyasının nümayəndəsinin təşviqat aparmasına mane olub, ünvanına təhqirlər söyləyərək kəndi tərk etməsini tələb ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031