Yaponiyada güclü yanğın: Azı 170 ev yararsız hala düşüb

19-11-2025, 11:45 23 dəfə baxılıb

 

Yaponiyanın Kyusyu adasındakı Oita şəhərində baş verən güclü yanğın zamanı 170-dən çox ev yararsız hala düşüb.

"Azerinews.az" xəbər verir ki, bu barədə Yaponiyanın NHK telekanalı məlumat yayıb.

Məlumata görə, noyabrın 18-də başlayan yanğının yaşayış məntəqəsinə keçməsinin qarşısını almaq mümkün olmayıb. Yanğınsöndürənlər 12 saatdan çoxdur ki, yanğını söndürməyə çalışırlar.

Xəbərdə bildirilir ki, yanğın ətrafdakı meşələri də bürüyüb. Hadisə zamanı ziyan görən sakinlərdən 175 nəfəri evakuasiya sığınacağı kimi fəaliyyət göstərən yaxınlıqdakı icma mərkəzinə yerləşdirilib. Sakinlərdən birinin itkin düşdüyü də bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031