Los-Ancelesin qərb və şərqində iki güclü yanğının yayılması nəzarətə alınır

11-01-2025, 12:39 2 dəfə baxılıb

Los-Ancelesin qərb və şərqində iki güclü yanğının yayılması nəzarətə alınır
Yanğınsöndürənlər Los-Ancelesin qərb və şərqində alovlanan iki böyük yanğının qarşısının alınmasında irəliləyiş əldə ediblər.
Bu barədə Qərb KİV-ləri məlumat yayıb.
Məlumata görə, yanğınsöndürənlər şəhərin qərbindəki Pasifik Paliseyds və şərqdəki Altadina rayonunda yanğının yayılmasını qismən nəzarətə almağa nail olublar. Lakin yanğınlar nəticəsində 137 kvadratkilometr ərazi yanıb.
“AccuWeather”in məlumatına görə, Kaliforniyanın cənubundakı meşə yanğınlarından dəyən iqtisadi zərər 135-150 milyard dollar təşkil edə bilər.
ABŞ Prezidenti Cozef Bayden tüğyan edən kütləvi yanğınlar səbəbindən Kaliforniya ştatında böyük fəlakət rejimi elan edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930