İranla bağlı qətnamə qəbul etdilər

20-11-2025, 18:14 4 dəfə baxılıb

 

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İdarəetmə Şurası İranla bağlı qətnamə qəbul edib. 

“Azerinews.az” Rusiya mediasına istinadən xəbər verir ki, qətnamədə İrandan zənginləşdirilmiş uranın ehtiyatları və bombardman edilmiş nüvə obyektlərinin vəziyyəti haqqında agentliyə dərhal məlumat vermək tələb olunur.  

19 ölkə sənədin lehinə, 3 ölkə - Rusiya, Çin və Niger əleyhinə səs verib, daha 12 ölkə isə bitərəf qalıb.

Xatırladaq ki, daha əvvəl AEBA-nın direktoru Rafael Mariano Qrossi İranı agentliyin zədələnmiş obyektlərə, xüsusən də təcili aydınlaşdırma tələb edən aşağı və yüksək zənginləşdirilmiş uranın ehtiyatlarına çıxışını təmin etməyə çağırmışdı. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031