Avstraliya 16 yaşdan kiçik şəxslərə bunu qadağan etdi

3-12-2025, 20:31 5 dəfə baxılıb

 

Avstraliya hökuməti 16 yaşdan kiçik vətəndaşların istifadəsinə qadağa qoyulan sosial media şəbəkələri siyahısına “Twitch” yayım platformasını da əlavə etmək qərarına gəlib.

“Azerinews.az” xəbər verir ki, bu barədə məlumatı “ABC News” yayıb.

Bildirilib ki, sosial media platformaları gələn həftədən etibarən ayda neçə uşağın sosial şəbəkə hesabını bağladıqları barədə məlumat təqdim etməlidirlər. 

16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsinə tətbiq edilən məhdudiyyətlər dekabrın 10-da qüvvəyə minəcək. 

Belə ki, “Facebook”, “Instagram”, “Kick”, “Reddit”, “Snapchat”, “Threads”, “TikTok”, “X” və “YouTube” həmin tarixdən etibarən 16 yaşdan kiçik Avstraliya vətəndaşlarının hesablarını ləğv etmək üçün zəruri tədbirlər görməyəcəyi təqdirdə 50 milyon Avstraliya dollarına qədər (təxminən 56 milyon AZN) cərimələnə bilərlər. 

Qeyd edək ki, Avstraliya parlamenti sosial şəbəkə istifadəçiləri ilə bağlı yaş məhdudiyyətinə dair qanunu 2024-cü ilin noyabr ayında təsdiqləyib. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930