Tramp bu ölkələrdəki səfirləri geri çağırır - Siyahı

22-12-2025, 11:19 7 dəfə baxılıb

ABŞ Prezidenti Donald Tramp administrasiyası xarici ölkələrdə fəaliyyət göstərən 29 diplomatik nümayəndəlik rəhbərlərinin geri çağırılması barədə qərar qəbul edib.

“Azerinews.az” xəbər verir ki, bu barədə “Associated Press” agentliyi Dövlət Departamentinin adı açıqlanmayan əməkdaşlarına istinadən məlumat yayıb. 

Qeyd olunan diplomatların ABŞ-nin 46-cı prezidenti Co Baydenin administrasiyası dövründə bu vəzifələrə təyin olunduqları bildirilir. 

Kadr dəyişikliyinin həyata keçiriləcəyi ölkələr Ermənistan, Şimali Makedoniya, Monteneqro, Slovakiya, Burundi, Kamerun, Kabo-Verde, Qabon, Kot-d'İvuar, Madaqaskar, Mavriki, Niger, Nigeriya, Ruanda, Seneqal, Somali, Uqanda, Fici, Laos, Marşall adaları, Papua-Yeni Qvineya, Filippin, Vyetnam, Əlcəzair, Misir, Nepal, Şri-Lanka, Qvatemala və Surinamdır. 

Məlumata görə, səfirlər artıq səlahiyyət müddətlərinin yanvar ayında bitəcəyi ilə bağlı bildiriş alıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031