Əlcəzair parlamenti fransız müstəmləkəçiliyini cinayət kimi tanıdı

25-12-2025, 13:12 6 dəfə baxılıb

 

Əlcəzair Milli Xalq Assambleyası (parlament) Fransanın bu ölkəni bir əsrdən çox müstəmləkədə saxlamasını dövlətə qarşı cinayət kimi tanıyan qanun layihəsini təsdiqləyib.

"Azerinews.az" xəbər verir ki, bu barədə "Ennahar" qəzeti məlumat yayıb.

Əlcəzair parlamentinin üzvləri qanun layihəsinə yekdilliklə səs veriblər. Sənəddə Fransa "Əlcəzairdəki müstəmləkə keçmişinə və Əlcəzair xalqına qarşı törətdiyi faciələrə görə qanunla məsuliyyət daşıyır". Milli Xalq Assambleyası tərəfindən təsdiqlənən qanun layihəsində Fransanın müstəmləkəçiliyi "dövlətə qarşı cinayət" adlandırılır və həmçinin Parisdən "rəsmi üzr istəməsi" tələb olunur. Fransız müstəmləkəçilərinin cinayətləri arasında xüsusilə məhkəməsiz edamlar, işgəncələr və zorlamalar, Əlcəzair torpağında aparılan nüvə sınaqları və ölkənin təbii sərvətlərinin talan edilməsi sadalanır.

Fransa ilə Əlcəzair arasında münasibətlər son vaxtlar çox gərginləşib. Konkret olaraq, 2024-cü ilin iyul ayının sonunda Əlcəzair hakimiyyəti Parisdəki səfirini dərhal geri çağırmaq qərarına gəlib. Əlcəzair 1830-1962-ci illərdə Fransanın müstəmləkəsi olub. Ölkə Fransanın Milli Azadlıq Müharibəsi (1954-1962) nəticəsində müstəqillik qazanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031