Maduro və xanımı burada saxlanılacaq

3-01-2026, 20:20 14 dəfə baxılıb

 

ABŞ ordusunun keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılan Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores artıq ABŞ-yə gətirilib.


“Azerinews.az” xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.


Bildirilib ki, Maduro mühakimə olunması üçün artıq Nyu-Yorkdadır.


Məlumata görə, o, Manhetten federal məhkəməsində prosesi gözləyərkən Bruklindəki Metropoliten Detensiya Mərkəzində (MDC Brooklyn) saxlanıla bilər.


Xatırladaq ki, bundan əvvəl ABŞ-nin Baş prokuroru Pamela Bondi bildirmişdi ki, Nikolas Maduro və Siliya Flores Nyu-Yorkun Cənub Dairəsi Məhkəməsində qaldırılan ittihamlar üzrə mühakimə olunacaqlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031