Ekvatorial Qvineyanın paytaxtı dəyişdirildi

4-01-2026, 15:27 12 dəfə baxılıb

 

Ekvatorial Qvineyanın paytaxtı ölkənin təhlükəsizliyini artırmaq və logistikanı yaxşılaşdırmaq məqsədilə adadan materik hissəyə köçürülüb.

"Azerinews.az" bu barədə "Guinea Ecuatorial Press" nəşrinə istinadən xəbər verir.

Afrika ölkəsinin Prezidenti Teodoro Obianq Nquema Mbasoqo müvafiq fərman imzalayaraq Syudad-de-la-Pas şəhərini respublikanın yeni paytaxtı elan edib və Malabo şəhərini bu statusdan məhrum edib.

Syudad-de-la-Pasın gələcək paytaxt kimi tikintisinə 2012-ci ildə başlanılıb. Şəhər Ekvatorial Qvineyanın materik hissəsinin tam mərkəzində, Vele çayı üzərində, Atlantik okeanı sahilindən 160 km şərqdə yerləşir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031