Ən çox kərə yağı istehlak edən ölkə hansıdır?

5-01-2026, 14:16 8 dəfə baxılıb

 

Şübhəsiz ki, kərə yağı bir çox yeməyin dadını yaxşılaşdırır. Onu çörəyin. peçenyelərin üzərinə çəkmək, steyki yağlamaq və daha çox məqsədlə istifadə etmək olar. Lakin sual yaranır: kərə yağı sevənlərin "kralı" hansı ölkədir?

"Azerinews.az" xarici mediaya istinadən xəbər verir ki, bu ölkə Danimarkadır.

Məlumata əsasən, Danimarka süd məhsulları "duelində" Fransanı cüzi fərqlə geridə qoyub: Danimarkada adambaşına 8,5 kq, Fransada isə 8,3 kq kərə yağı istehlak olunur. Bu göstərici ölçüsünə görə ABŞ-ın Qərbi Virciniya, Cənubi Karolina və Men kimi bəzi ən kiçik ştatlarından da kiçik olan bir ölkə üçün olduqca yüksəkdir. Üçüncü yeri adambaşına 8,1 kq istehlakla ilk beşlikdə yer alan yeganə qeyri-Avropa ölkəsi olan Bəhreyn tutub.

Belçika və Niderland isə müvafiq olaraq 7,8 kq və 6,8 kq göstəricilərlə beşliyi tamamlayır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031