Çin lisenziyasız xəbərlərə qarşı mübarizə başladı

5-01-2026, 16:16 7 dəfə baxılıb

 

Çində lisenziyasız xəbərlərin və müsahibələrin dərc edilməsinin qarşısını almağa yönəlmiş kampaniya başladılıb. 

“Azerinews.az” Çin Mərkəzi Televiziyasına (CCTV) istinadən xəbər verir ki, burada məqsəd xəbər sahəsində qaydalara nəzarəti təmin etməkdir. 

“Təmiz paytaxt - təmiz mənbələr, həqiqi səs” adlı bir aylıq xüsusi kampaniya Pekinin Kiberməkanlarla bağlı işlər üzrə idarəsi tərəfindən həyata keçiriləcək. 

Bildirilir ki, kampaniya informasiya xidmətlərinin qanunsuz fəaliyyətlərinin yaratdığı xaosu aradan qaldırmaq məqsədi daşıyır. Qeyd olunan pozuntulara həmçinin şişirdilmiş başlıqlardan istifadə, məlumatların təhrif edilməsi və kontekstdən çıxarılma da daxildir. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031