Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri istefa verdi

5-01-2026, 16:17 8 dəfə baxılıb

 

Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasiliy Malyuk vəzifəsindən ayrılıb. 

“Azerinews.az” xəbər verir ki, o bu barədə sosial şəbəkə hesablarında paylaşım edib. 

Bununla belə, Malyuk Təhlükəsizlik Xidməti sistemində xüsusi əməliyyatları icra etməyə davam edəcəyini vurğulayıb. 

Qeyd edək ki, Ukrayna mediası yanvarın 3-də ölkə Prezidenti Volodimir Zelenskinin V.Malyukla görüşdüyünü və ondan istefa ərizəsi yazmasını istədiyi barədə məlumat yaymışdı. Malyukun bu zaman Zelenskinin tələbindən imtina etdiyi və Ali Rada vasitəsilə vəzifəsindən uzaqlaşdırılmasını təklif etdiyi bildirilirdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031