Venesuelanın müvəqqəti prezidenti kimi and içdi

6-01-2026, 09:50 6 dəfə baxılıb

 

Venesuelanın vitse-prezidenti Delsi Rodrigez ölkənin müvəqqəti dövlət başçısı kimi and içərək səlahiyyətlərinin icrasına başlayıb.

“Azerinews.az” xəbər verir ki, andiçmə mərasimi Venesuela Milli Assambleyasında baş tutub.

Məlumata görə, parlamentin sədri Xorxe Rodriges müvafiq fərmanı oxuyaraq, Delsi Eloina Rodriges Qomezin Venesuela Bolivar Respublikasının müvəqqəti prezidenti təyin edildiyini elan edib. Yeni dövlət başçısı ilk müraciətində ABŞ prezidenti Donald Trampa sülh və dialoq çağırışı edib. O, Venesuela xalqının müharibə deyil, sabitlik və suverenlik istədiyini vurğulayıb.

Qeyd edək ki, Nikolas Maduronun yanvarın 3-də ABŞ xüsusi təyinatlıları tərəfindən saxlanılmasından sonra Ali Məhkəmə konstitusiyaya uyğun olaraq idarəçiliyi vitse-prezidentə tapşırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930