"Bu ölkə ilə birləşmək vaxtımız gəlib çatıb”

8-01-2026, 14:35 5 dəfə baxılıb

 

"Norveçin Danimarka ilə birləşmək vaxtı gəlib çatıb”.

“Azerinews.az” NRK telekanalına istinadən xəbər verir ki, bu fikri Norveçin Baş naziri Yonas Qar Störe ABŞ-nin Qrenlandiyaya iddiaları fonunda səsləndirib.

“İndi Danimarka ilə birləşmək vaxtıdır... Mette Frederiksenin (Danimarkanın Baş naziri - red.) mənə dediyi son söz bu oldu: “İndi hər şey ciddidir, Yonas”, - Störe deyib.

Qeyd edək ki, Qrenlandiya Danimarka krallığına daxil olan muxtar ərazidir. Ağ Ev rəhbəri Donald Tramp həm 2017-2021-ci illərdə ilk prezidentliyi dövründə, həm də ikinci prezidentliyi dövründə dəfələrlə Qrenlandiyanın ABŞ-yə qatılmalı olduğunu bildirib. Danimarka tərəfi isə bu iddiaları rədd edib və adanın müdafiəsinin gücləndirilməsi istiqamətində addımlar atıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930