Putinin iqamətgahına hücuma belə cavab verdilər

9-01-2026, 10:34 6 dəfə baxılıb

 

Rusiya hərbçiləri “Oreşnik” raket kompleksi ilə Ukraynaya zərbə endirib.


“Azerinews.az” xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. 

Bildirilib ki, zərbə Ukraynanın 2025-ci il dekabrın 29-da Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına hücumuna cavab olaraq endirilib.

Kiyevin meri Vitaliy Kliçko isə hücum nəticəsində paytaxt Kiyevdə 4 nəfərin həlak olduğunu, daha 24 nəfərin isə yaralandığını açıqlayıb.

Bununla yanaşı, Xerson və Zaporojye vilayətlərində 3 nəfər ölüb, 11 nəfər isə xəsarət alıb. 

Xatırladaq ki, dekabrın 29-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanın Vladimir Putinin Novqoroddakı iqamətgahına 91 PUA-dan istifadə edərək hücum etdiyini açıqlamışdı. Ukrayna Prezidenti Volodimir Zelenski isə bu məlumatı yalan adlandırıb və Rusiyanın Kiyevdə hökumət binalarına hücumlar üçün zəmin hazırladığını söyləmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031