ABŞ-dən İrandakı etirazçılara dəstək

10-01-2026, 12:16 4 dəfə baxılıb

 

ABŞ İranda davam edən etiraz aksiyalarının iştirakçılarına dəstək ifadə edib. 

“Azerinews.az” xəbər verir ki, dövlət katibi Marko Rubio “X” sosial şəbəkəsində bununla bağlı paylaşım edib.

“Birləşmiş Ştatlar cəsur İran xalqını dəstəkləyir”, - paylaşımda deyilir. 

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp da İran rəhbərliyinə müraciət edərək, etirazçılara atəş açılacağı təqdirdə müdaxilə edəcəklərini bəyan etmişdi. 

Xatırladaq ki, İranda iqtisadi problemlər və milli valyutanın kəskin dəyər itirməsi səbəbindən başlayan etirazlar ölkənin müxtəlif bölgələrinə yayılıb. Təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində indiyədək onlarla şəxsin həlak olduğu və yaralandığı, iki mindən çox insanın isə saxlanıldığı bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031