İngilisləri çaşdıran çəhrayı səma - Qeyri-adi təbiət hadisəsi?

10-01-2026, 19:27 3 dəfə baxılıb

 

Böyük Britaniyada Birminhem və ətraf ərazilərdə dünən axşam saatlarında səma qeyri-adi çəhrayı rəngə boyanıb.

“Azerinews.az” xəbər verir ki, həmin görüntülər sosial mediada sürətlə yayılıb.

İnsanlar bu rəngi fövqəltəbii hadisə, qəribə atmosfer effekti kimi təsvir ediblər.

Qeyd edək ki, səmanın çəhrayı rəngə boyanması 2026-cı ilin yanvarında “Goretti” fırtınası zamanı yaranan qar yağışı və buludlu hava şəraitində meydana çıxıb.

İnsanlar arasında çaşqınlığa səbəb olan görüntülərin səbəbi sonradan məlum olub.

“Birmingham City” futbol stadionunda ot örtüyünü yaxşılaşdırmaq üçün quraşdırılmış böyümə LED lampaları var. Bu lampaların işığı qarla örtülü buludlara əks olunduqda səma çəhrayı-bənövşəyi görünüb.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031