Balçikanın müdafiə naziri: Biz gələcəyin müharibəsinə hazır olmalıyıq

11-01-2026, 08:22 5 dəfə baxılıb

 

Belçikanın müdafiə naziri Teo Franken ölkəsinin gələcəkdəki müharibələrə hazır olmadığını bildirib və bu istiqamətdə hazırlıqların vacibliyini vurğulayıb.


"Azerinews.az" xəbər verir ki, bu barədə nazir "Libre" qəzetinə müsahibəsində danışıb.


Onun sözlərinə görə, Belçika pilotsuz uçuş aparatları, robotlar və süni intellektdən istifadə olunan müasir müharibə formatına hazır deyil. Franken qeyd edib ki, bu, təkcə dronlarla məhdudlaşmır.


“Bu, həm də robototexnika, məlumatların inteqrasiyası, pilotsuz sistemlər, kvant kompüterləri ilə bağlıdır. Biz gələcəyin müharibəsinə hazır olmalıyıq. Hazırda isə buna hazır deyilik”, – deyə müdafiə naziri bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930