Məşhur aktyor onu 150 min dollara almışdı - 15 milyona satıldı

11-01-2026, 15:09 9 dəfə baxılıb

 

ABŞ-də “Superman”i dünyaya tanıdan 1938-ci il tarixli “Action Comics №1” komiksinin nadir nüsxəsi anonim kolleksiyaçı tərəfindən 15 milyon dollara alınıb.

“Azerinews.az” xəbər verir ki, satış ABŞ-də yerləşən hərrac evi və kolleksiyaçı platforması arasında aparılıb.

Bu qiymət 2025-ci ilin noyabrında eyni komiksin 9,12 milyon dollara satılması ilə qeydə alınan əvvəlki rekordu üstələyib. İlk dəfə 1938-ci ildə 10 sentdən satılan “Action Comics №1” “Superman” də daxil olmaqla, bir sıra məşhur personajların debüt etdiyi hekayələr toplusudur.

Məşhur aktyor Nikolas Keyc 1996-cı ildə komiksi 150 min dollara almışdı. Lakin 2000-ci ildə komiks Keycin evindəki bir ziyafət zamanı oğurlanmış və 11 il sonra Kaliforniyadakı anbarda tapılmışdı. Bu müddət ərzində komiksin dəyəri kəskin artmış, Keyc onu yenidən tapdıqdan altı ay sonra 2,2 milyon dollara satmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031