İranda ölənlərin sayı artır - Dəhşətli kadrlar

12-01-2026, 10:45 4 dəfə baxılıb

 

İranda davam edən etiraz aksiyalarında ölənlərin sayı durmadan artır. 

“Azerinews.az” xəbər verir ki, xarici mediada bununla bağlı dəhşətli kadrlar yayılıb.

Yayılmış videolardan birində xəstəxana həyətinə bənzəyən bir ərazidə onlarla cəsədin olduğu əks olunub. Kadrlarda doğmalarının cəsədlərini aparmaq üçün əraziyə gəlmiş yüzlərlə insan görmək olar. Görüntülərdə həmçinin vətəndaşların baş verənləri “qiyamət” adlandırdıqları eşidilir. 

Qeyd edək ki, İranın daxilində və xaricindəki fəalların məlumatlarına əsasən, ölkədə dekabrın sonundan davam edən etirazlar nəticəsində 500 nəfərdən çox insan həlak olub. “Reuters” agentliyi isə ölənlərdən 490 nəfərinin etirazçı, 48-nin isə təhlükəsizlik qüvvələrinin nümayəndəsi olduğunu yazıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930