ABŞ vətəndaşlarını İranı tərk etməyə çağırdı

13-01-2026, 11:21 8 dəfə baxılıb

 

ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarını İran ərazisini dərhal tərk etməyə çağırıb.


“Azerinews.az” xəbər verir ki, bu barədə bəyanat qurumun saytında yer alıb.


Bəyanatda ABŞ vətəndaşlarına İran ərazisini Ermənistan və ya Türkiyə vasitəsilə quru yollarla tərk etmək tövsiyə edilib.


Xəbərdarlıqda qeyd olunub ki, ABŞ pasportunun olması İran hakimiyyəti tərəfindən saxlanılmaq üçün əsas ola bilər. Vətəndaşlara həmçinin internet kəsintilərinin ola biləcəyi söylənilib və əvvəlcədən alternativ rabitə vasitələrini planlaşdırmaq tövsiyə olunub.


Xatırladaq ki, İranda dekabrın 28-də milli valyutanın dəyərdən düşməsi ilə başlayan etirazlar hələ də davam edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031