İranda xariclə əlaqəli daha 6 nəfər həbs edildi

15-04-2026, 17:05 6 dəfə baxılıb

 

İranın Kəşfiyyat Nazirliyi İsraillə əlaqəli separatçı terror qruplaşmasının başçısı olduğu iddia edilən şəxsi saxlayıb.

“azerinews.az” xəbər verir ki, bu barədə məlumatı İranın dövlət teleradio şirkəti yayıb.

Sözügedən şəxsin başçılıq etdiyi qruplaşmanın ölkənin Xuzestan ostanı ərazisində çoxsaylı sui-qəsdlər həyata keçirdiyi, partlayıcı maddələr yerləşdirdiyi iddia olunur.

İranın cənubundakı Hörmözqan ostasında isə beş nəfər “düşmən xarici mətbuat orqanları ilə” əlaqə yaratmaq ittihamı ilə saxlanılıb. Onlardan 3 nəfərin kişi, 2 nəfərin qadın olduğu bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031