100 avroya 1 milyonluq Pikasso əsəri aldı

16-04-2026, 08:55 7 dəfə baxılıb

 

Fransada keçirilən xeyriyyə məqsədli lotereyada iştirak edən bir nəfər dünyaşöhrətli rəssam Pablo Pikassonun əsərinə sahib çıxaraq, incəsənət dünyasında diqqət çəkən hadisəyə imza atıb.

“Azerinews.az”ın xəbərinə görə, qalib cəmi 100 avro ödəyərək, təxminən 1 milyon avro dəyərində qiymətləndirilən “Tête de Femme” (“Qadının başı”) əsərini qazanıb.

Lotereya Fransada Alzheimer xəstəliyi üzrə tədqiqatlara dəstək məqsədilə təşkil olunub. Tədbir çərçivəsində “100 avroya 1 Pikasso” adlı kampaniya ilə rəssamın məşhur əsərlərindən biri mükafat kimi təqdim edilib.

Təşkilatçılar bildiriblər ki, ümumilikdə təxminən 120 min bilet satılıb və əldə olunan gəlir tamamilə Alzheimer tədqiqatlarına yönəldiləcək.

Qalib Parisdə elan olunub. O, tək bir bilet alışı ilə yüksək dəyərə malik sənət əsərinin yeni sahibi olub.

Sözügedən əsərin Pablo Pikasso tərəfindən 1941-ci ildə yaradıldığı bildirilir və bu rəsm onun ən tanınmış işlərindən biri hesab olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031