ABŞ Kubaya hücum hazırlıqlarına başlayıb

16-04-2026, 09:03 6 dəfə baxılıb

 

ABŞ Kubaya hücum hazırlıqlarına başlayıb.

“Azerinews.az” xəbər verir ki, bu barədə “USA Today” qəzetinə danışan mənbələr bildiriblər.

Qeyd edilib ki, ABŞ Prezidenti Donald Trampın əmri ilə Kubaya qarşı mümkün hərbi əməliyyat hazırlıqlarına başlanılıb.

Belə ki, ABŞ İranla atəşkəs danışıqlarını davam etdirsə də, eyni zamanda, Kubaya qarşı hazırlıqlarını səssiz şəkildə davam etdirir. Bu addımlar birbaşa Trampın göstərişi ilə atılıb. Bununla belə, həm ABŞ, həm də Kuba rəsmiləri danışıqların hələ nəticə vermədiyini qeyd edirlər.

Qeyd edək ki, Tramp daha əvvəl Ağ Evdə jurnalistlərə açıqlamasında “İranla işimizi bitirdikdən sonra Kubaya yönələcəyik” demişdi.

Kuba Prezidenti Migel Dias-Kanel isə ABŞ-nin mümkün hərbi müdaxiləsinə sərt reaksiya verəcəklərini bildirib.

Əlavə edək ki, ABŞ-nin tətbiq etdiyi sanksiyalar fonunda Kubada enerji böhranı dərinləşməkdə davam edir. Məlumata görə, milli elektrik şəbəkəsinin çökməsi nəticəsində təxminən 10 milyon insan işıqsız qalıb və bu vəziyyət gündəlik həyata ciddi təsir göstərir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031