Türkiyədəki hadisədə ölənlərin sayı - 10 nəfərə çatdı
Türkiyənin Kahramanmaraş şəhərindəki məktəbə silahlı hücum nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb.
“Azerinews.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən gün yaralanan 11 yaşlı Yusuf Tarıq Gül xəstəxanada vəfat edib.
Xatırladaq ki, daha əvvəl hadisə nəticəsində doqquz nəfərin həlak olduğu, 20 nəfərin yaralandığı bildirilirdi.
Ölənlərdən biri müəllim, digər 10 nəfəri isə şagird olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: