ABŞ qüvvələrini Suriyadan çıxarıb

16-04-2026, 21:30 5 dəfə baxılıb

 

ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyadan çıxarılmasını başa çatdırıb.

“Azerinews.az” xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik bəyan edib ki, Suriya hökumətinin fikrincə, Vaşinqtonun bu ölkədəki hərbi missiyasını dayandırmaq qərarı “ABŞ-nin Suriyada hərbi mövcudluğunu ilkin tələb edən şərtlərin, yəni İŞİD-in regional yüksəlişinə qarşı mübarizənin əsaslı şəkildə dəyişdiyinə dair ortaq qiymətləndirməni əks etdirir.

XİN qeyd edib ki,  Suriya hazırda beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edərək terrorizmlə mübarizə səylərinə daxildən rəhbərlik etmək iqtidarındadır.

Qeyd edək ki, fevral ayında “The Wall Street Journal” öz mənbələrinə istinadən xəbər vermişdi ki, ABŞ Suriyadan qalan bütün qoşunlarını çıxarmağa başlayıb. Bu, ABŞ-nin ölkədəki onillik əməliyyatının başa çatması deməkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031