Dubayın simvolu bağlanır

17-04-2026, 09:14 6 dəfə baxılıb

 

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən məşhur “Burj Al Arab” hotelinin 18 ay müddətinə bağlanacağı açıqlanıb. Qərar hoteldə aparılacaq genişmiqyaslı bərpa və yenidənqurma işləri ilə bağlıdır.

“Azerinews.az”ın xəbərinə görə, BƏƏ-nin nüfuzlu nəşrlərindən biri olan “The National” qəzetinə danışan hotel nümayəndələri bildiriblər ki, layihə çərçivəsində binanın interyeri yenilənəcək, eyni zamanda, onun orijinal memarlıq üslubu qorunub saxlanacaq.

1999-cu ildə istifadəyə verilən və yelkən formasını xatırladan unikal dizaynı ilə tanınan “Burj Al Arab” uzun illərdir Dubayın simvollarından biri hesab olunur və ölkənin turizm sektorunda xüsusi yer tutur.

Son dövrlərdə regionda baş verən gərginliklər fonunda bəzi iddialar səsləndirilsə də, hotelin bağlanmasının əsas səbəbi kimi rəsmi şəkildə yalnız planlaşdırılmış təmir və bərpa işləri göstərilir.

Qeyd edək ki, Dubay Hökumətinin Media Ofisinin yaydığı məlumata əsasən, mart ayında zərərsizləşdirilən pilotsuz uçuş aparatının qalıqları hotelin xarici hissəsində kiçik yanğına səbəb olmuşdu. Hadisə qısa müddətdə nəzarət altına alınmış və ciddi ziyan qeydə alınmamışdı.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031