Serialdakı sevgi gerçək oldu

17-04-2026, 09:21 10 dəfə baxılıb

 

Türkiyədə “Star TV” ekranlarında yayımlanan “Sevdiyim Sənsən” serialında birlikdə rol alan Aytaç Şaşmaz və Helin Kandemir barədə yeni iddia gündəmə gəlib.

“Azerinews.az” xəbər verir ki, serialda sevgili obrazlarını canlandıran cütlüyün çəkiliş meydançasında başlayan dostluğu zamanla romantik münasibətə çevrilib.

Bildirilir ki, yeni başlayan münasibəti ictimaiyyətdən uzaq saxlamağa çalışan cütlük çəkilişlərdən kənarda birlikdə görünməməyə diqqət edir.

Helin Kandemirin daha əvvəl verdiyi müsahibələrdən birində Aytaç Şaşmaz haqqında “Çox gözəl bir ürəyi var” ifadəsini işlətməsi də sosial mediada yenidən gündəmə gəlib və tərəflər arasındakı yaxınlığın işarəsi kimi dəyərləndirilib.

Bundan əlavə, Helin Kandemirin Aytaç Şaşmazın qardaşının arvadını  sosial mediada izləməyə başlaması da diqqət çəkib və bu detal münasibət iddialarını gücləndirən amillər arasında göstərilib






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031