NATO təyyarəsi Ukrayna yaxınlığında kəşfiyyat apardı

17-04-2026, 11:14 7 dəfə baxılıb

 

NATO-nun kəşfiyyat təyyarəsi Ukrayna sərhədləri yaxınlığında təxminən iki saat müşahidə aparıb. 

“Azerinews.az” xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, bu, uçuş məlumatlarının təhlilindən sonra məlum olub: “Boeing E-3A Sentry” təyyarəsi Türkiyənin Konya şəhərindən havaya qalxıb. Təyyarə Türkiyənin Qara dəniz sahili boyunca və Bolqarıstan ərazisi üzərindən keçib. Rumıniyanın hava məkanına daxil olduqdan sonra o, Ukrayna ilə sərhədin bilavasitə yaxınlığında dairəvi manevrlər etməyə başlayıb”.

Təyyarə iki saat kəşfiyyat missiyası həyata keçirdikdən sonra ərazini tərk edib və Bolqarıstanın hava məkanına qayıdıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031