Türkiyədə daha bir məktəb faciəsi - Ölənlər var

18-04-2026, 16:37 11 dəfə baxılıb

 

Türkiyənin Diyarbakır şəhərinin Ergani rayonunda məktəblərin birində faciə yaşanıb.

“Azerinews.az” “Haber Global”a istinadən xəbər verir ki, hadisə səhər saatlarında baş verib.

Məlumata görə, məktəbin həyətindəki ağaca ildırım düşüb.

Nəticədə ağacın altında olan 13 yaşlı Serkan Yıldırım, 14 yaşlı Kasım Yıldırım həyatını itirib, bir uşaq xəsarət alıb.

Yaralı M.Y-nin “Diyarbakır Gazi Yaşargil Eğitim ve Araştırma” xəstəxanasında müalicə olunduğu və vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam edir.

Qeyd edək ki, bir neçə gündür ki, Türkiyənin bəzi məktəblərində silahlı hücumların olması geniş müzakirələrə çevrilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031