Bu ölkədə məktəblərdə rus dilində danışmaq qadağan edilir

20-04-2026, 10:31 15 dəfə baxılıb

 

"Latviyada şagirdlərə məktəb ərazisində, hətta dərs olmayan vaxtlarda belə dövlət dilindən başqa dillərdə danışmağı qadağan edən bir sıra qanunlar qəbul edilib”.

“Azerinews.az” xəbər verir ki, bu barədə “RİA Novosti”yə açıqlamasında Riqa Dumasının deputatı Aleksey Roslikov bildirib.

Onun sözlərinə görə, latviyalı siyasətçilər rus dilini yalnız ictimai yerlərdən kənarda şəxsi ünsiyyət üçün nəzərdə tutulmuş dil kimi qəbul edirlər. Deputatın fikrincə, Latviya hakimiyyətinin gördüyü tədbirlər örtülü şəkildə rus dilindən istifadəni qadağan etmək məqsədi daşıyır. 

“Oxşar vəziyyət uşaq bağçaları üçün də nəzərdə tutulub”, - Roslikov əlavə edib






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031