Konyaaltı sahilində 25-30 yaşlarında naməlum kişi cəsədi tapılıb

12-02-2024, 14:02 1 dəfə baxılıb

 

Türkiyənin Antalya şəhərinin Konyaaltı sahilində 25-30 yaşlarında naməlum kişi cəsədi tapılıb.

Cəsədin üzərində şəxsiyyətini təsdiq edən heç bir sənəd olmayıb.

Cəsəd Konyaaltı rayonunda tikinti işləri aparan işçilər tərəfindən sahildən iki metr məsafədə suda aşkarlanıb.

Ölən şəxsin bədəninin yuxarı hissəsi çılpaq olub və biləyində “Mustafa Kamal Atatürk” yazılmış döymə görünüb.

Qeyd edək ki, bununla da Antalyada son bir ayda sahilə vuran cəsədlərin sayı 9-a çatıb.

Xatırladaq ki, yanvarın 17-dən bu yana Alanyada bir, Manavqat və Serikdə üç, Aksuda bir və Konyaaltı çimərliyində bir cəsəd olmaqla ümumilikdə 9 cəsəd aşkarlanıb. Cəsədlərdən birinin Akdeniz Universitetində təhsil alan 18 yaşlı Merve Şevval Elmas adlı qıza aid olduğu müəyyən edilib.


Mənbə: Haber Global






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930