Ermənistan KTMT-də fəaliyyətini bərpa edəcək?

20-04-2026, 19:50 13 dəfə baxılıb

 

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) dondurulmuş fəaliyyətinin aktivləşdirilməsi üçün addımlar atmayacaq.

“Azerinews.az” xarici mətbuata istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyasının seçki proqramını təqdim etdiyi videomüraciətində deyib.

“Ermənistan Respublikasının KTMT-də üzvlüyü dondurulub və fəaliyyətin bərpası üçün heç bir addım atılmayacaq. Bu, bizim seçkiqabağı proqramımızda təsbit olunub”, - o bildirib.

O, ölkəsinin BMT, Avropa Şurası, ATƏT, MDB, Beynəlxalq Frankofoniya Təşkilatı və Avropa Siyasi Birliyinin fəal üzvü olaraq qalmağa davam edəcəyini söyləyib: “Ermənistan həmçinin ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılmış Sülh Şurasına üzvü olub və bu formatda öz fəaliyyətini davam etdirəcək. Biz həmçinin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlükdə maraqlıyıq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031