Məşhur amerikalı aktyor vəfat etdi

21-04-2026, 00:50 16 dəfə baxılıb

 

Amerikalı aktyor Patrik Muldun 57 yaşında dünyasını dəyişib.


“Azerinews.az” xəbər verir ki, bu haqda “Deadline” məlumat yayıb.


Portalın məlumatına görə, aktyorun ölüm səbəbi infarkt olub.


Qeyd edək ki, Patrik Muldun Los-Ancelesdə anadan olub. Cənubi Kaliforniya Universitetini bitirib və kino karyerasına başlayıb. O, “Həyatımızın günləri” serialındakı rolu ilə tanınıb.


1997-ci ildə o, leytenant Zander Barkalovu canlandırdığı “Ulduz gəmisi əsgərləri” adlı elmi-fantastik döyüş filmində rol alıb. Film kult statusu qazanıb və onun filmoqrafiyasında mühüm yer tutub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031