Moskva metrosunda tüstülənmə

21-04-2026, 14:51 16 dəfə baxılıb

 

Moskva metrosunun Sokolniçeskaya xəttində güclü tüstülənmə baş verib. 

“Azerinews.az” Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 11:00 radələrində (Bakı vaxtı ilə 12:00) qeydə alınıb. 

Hadisə ilə əlaqədar “Park Kulturı” və “Bulvar Rokossovskoqo” stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılıb.

Sərnişinlər birbaşa tunelin içindən vaqonlardan çıxarılıb. Təxminən 200 nəfərin təxliyə edildiyi bildirilir. Zərərçəkən yoxdur. Yerli vaxtla saat 12:50-də (Bakı vaxtı ilə 13:50) bütün metro xətti üzrə hərəkət bərpa olunub.

Sosial şəbəkələrdə hadisənin görüntüləri yayılıb. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930