Paşinyan Akopyanla barışmaq istəyir

23-04-2026, 15:29 112 dəfə baxılıb

 

Ermənistan Baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl Gümrüyə səfəri zamanı keçmiş həyat yoldaşı Anna Akopyanla görüntülənməsinə münasibət bildirib.

“Azerinews.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Paşinyan jurnalistlərin suallarını cavablandırarkən bu barədə danışıb.

Belə ki, cütlüyün yenidən bir araya gəlib-gəlmədiyi ilə bağlı suala cavab verən  Paşinyan bildirib ki, bundan əvvəl Akopyanın verdiyi qərarları şərh edib, lakin, bu, onun həyat yoldaşının qərarı ilə razılaşdığı mənasına gəlmir. 

Bununla yanaşı, Paşinyan Anna ilə yenidən bir araya gəlmək üçün səylər göstərdiyini və belə bir fürsətin yarandığından məmnun olduğunu vurğulayıb.

Xatırladaq ki, fevralın sonunda uzun illər vətəndaş nikahında yaşayan N.Paşinyanla A.Akopyanın ayrıldığı məlum olub. Ermənistanın “Hraparak” qəzeti cütlüyün rəsmi ayrılığına illərlə davam edən gərgin münasibətlərin səbəb olduğunu yazıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031