Çində kömür mədənində ölənlərin sayı 80 nəfəri ötüb - YENİLƏNİB

23-05-2026, 10:15 47 dəfə baxılıb

Çində kömür mədənində ölənlərin sayı 80 nəfəri ötüb - YENİLƏNİB

Çinin şimalında yerləşən Şansi əyalətinin Tsinyuan qəzasındakı kömür mədənində baş verən qəza nəticəsində həlak olanların sayı 82 nəfərə yüksəlib.

Bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

*** 

Çinin Şansi əyalətində yerləşən kömür mədənində qaz partlayışı baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə əyalətin fövqəladə halların idarə olunması qərargahı məlumat yayıb.

Qaz partlayışı nəticəsində ölənlərin sayı 50-yə yüksəlib. Mədənçilərin ölümünə karbonmonoksit səviyyəsinin normadan artıq olması səbəb olub.

Partlayış nəticəsində yeraltında qalanların da olduğu bildirilir.

Hazırda yeraltında qalan mədənçilərin xilas edilməsi istiqamətində əməliyyatlar davam edir.

Qeyd edək ki, hadisə əyalətin Çinyuan rayonunda mayın 22-də axşam saatlarında baş verib.

Hadisə baş verən vaxt mədəndə 247 nəfər işləyirmiş. Xilasedicilər 201 nəfəri təxliyə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930