Tramp İsrail və İrandan gərginliyi dərhal azaltmağı tələb edib

Bu gün, 14:01 4 dəfə baxılıb

Tramp İsrail və İrandan gərginliyi dərhal azaltmağı tələb edib

ABŞ Prezidenti Donald Tramp İsrail və İrandan zərbə mübadiləsini dərhal dayandırmağı tələb edib.

O, bu barədə "Truth Social"da yazıb.

"İsrail və İran atəşi dərhal dayandırmalıdır", - Tramp yazıb.

Xatırladaq ki, iyunun 7-dən 8-nə keçən gecə İran İsrailə raket zərbəsi endirib. Tehran öz zərbəsini İsrail Müdafiə Ordusunun Livanda radikal "Hizbullah" təşkilatına qarşı davam edən əməliyyatı ilə əsaslandırıb. Buna cavab olaraq İsrail ordusu İranın mərkəzi və qərb bölgələrindəki hərbi obyektlərə zərbə endirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930