ABŞ-ın vitse-prezidenti Baydeni əvəz etməyə hazırdı
ABŞ-ın vitse-prezidenti Kamala Harris deyib ki, lazım gələrsə, Amerika lideri Co Baydenin vəzifələrini yerinə yetirməyə hazırdır.
"Azerinews.az"ın məlumatına görə, k.Harris bu barədə açıqlamanı “The Wall Street Journal”a verib
Ona Baydenin yaşı ilə bağlı ölkə vətəndaşlarının narahatlığı xatırladılıb və ehtiyac yaranarsa, amerikalıları ölkəyə rəhbərlik etməyə hazır olduğuna inandırıb-inandırmayacağı soruşulub.
"Mən tamamilə hazıram" deyə Harris cavab verib və əlavə edib ki, onun işlədiyini görən insanlar bacarıqlarına şübhə etmirlər.
Amerika mətbuatının yazdığına görə, K.Harrisin ciddi və çoxsaylı vəzifələri var, o, Amerika administrasiyası tərəfindən Fələstin-İsrail münaqişəsi ilə bağlı işlərdə də iştirak edir.
“The Wall Street Journal” daha əvvəl yazmışdı ki, amerikalı seçicilər artıq 81 yaşlı Baydendə ölkə başçısı üçün lazım olan keyfiyyətləri görmürlər. Qəzet qeyd edir ki, Baydenin buraxdığı səhvlər onun ABŞ vətəndaşlarının gözündə imicinə xüsusilə güclü təsir göstərib, çünki seçicilərlə emosional əlaqə yaratmayıb.