Ukrayna Qara dənizdə Rusiyanın desant gəmisinə dron zərbəsi endirib

14-02-2024, 12:21 4 dəfə baxılıb

Ukrayna Qara dənizdə Rusiya donanmasına məxsus desant gəmisinə dron zərbəsi endirib.

APA "Reuters"ə istinadən xəbər verir ki, Ukrayna KİV-i Krımın cənub sahillərində üzən gəmidən tüstü qalxmasını, həmçinin dəniz üzərində uçan helikopterlərin əks olunduğu görüntülər paylaşıb.

Ukraynalı deputat Aleksey Qonçarenko USQ tərəfindən hədəfə alınmış gəminin Rusiyanın 2008-ci ildə Gürcüstandakı hərbi əməliyyatlarında iştirak etmiş "Sezar Kunikov" desant gəmisi olduğunu bildirib.

Ukrayna ordusunun Baş Qərargahı Rusiya hərbi gəmisinin vurulması faktını təsdiqləyib.

Ukrayna Müdafiə Nazirliyinin adı açıqlanmayan rəsmisi CNN-ə açıqlamasında hərbi gəmiyə hücum zamanı "Magura" suüstü dronlarından istifadə edildiyini və gəminin təmiredilməz hala salındığını bildirib.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031