Lavrov Rusiyanın ATƏT PA-dan çıxmasını istisna etmir

14-02-2024, 15:48 2 dəfə baxılıb

 

“Rusiyanın Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Parlament Assambleyasından çıxması hələ müzakirə edilməyib, lakin məsələ “havada asılıdır”.

“Azerinews.az” “Vedomosti” qəzetinə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında çıxışı zamanı deyib. 

“Müttəfiqlərimiz arxamızca gələcəklərmi? Bu, artıq başqa sualdır və burada onların mövqeyini tam nəzərə almaq lazımdır”, - deyə Lavrov qeyd edib. 

Qeyd edək ki, fevralın 13-ü Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, aşağı palata və Federasiya Şurası fevralın 21-i keçiriləcək plenar iclaslarda Rusiyanın ATƏT PA-da iştirakının dayandırılması barədə qərar qəbul edəcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031