Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru İsrailə gəlib
Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan İsraildə səfərdədir.
"Azerinews.az" xəbər verir ki, bu barədə Beynəlxalq Cinayət Məhkəməsinin “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Kərim Xan oktyabrın 7-də baş vermiş hücumlardan sağ qalanların və qurbanların ailələrinin xahişi ilə İsrailə gəlib”, - məlumatda qeyd olunub.
O, daha sonra Ramallaha səfər edəcək və orada Fələstin rəsmiləri ilə görüşəcək.