Nikol Paşinyanın istefası tələb olunub

16-02-2024, 14:46 0 dəfə baxılıb

 

“Birlikdə” hərəkatı Ermənistanın baş naziri Nikol Paşinyanın və bütün Nazirlər Kabinetinin istefasını tələb edib.

“Azerinews.az” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi, Demokratlar Partiyasının lideri Aram Sarkisyan mətbuat konfransı zamanı bildirib.

Fevralın 20-də hərəkat İrəvandakı Azadlıq meydanında mitinq keçirməyi planlaşdırır.

Onun sözlərinə görə, bu aksiyada belə tələbin 100 səbəbi təqdim olunacaq: “Paşinyana bu məsuliyyətdən qurtulmaqda kömək etmək istəyirik, çünki o, belə hədsiz yükə tab gətirə bilməz”.

Hərəkat nümayəndələri müxalifəti təmsil edən deputatları mitinqdə iştiraka dəvət ediblər.

A.Sarkisyan vurğulayıb ki, hazırda Ermənistandakı siyasi qüvvələrlə onların mitinqdə və bütövlükdə prosesdə iştirakına dair danışıqlar aparılır.

Hərəkatın nümayəndəsi, Ermənistanın sabiq baş naziri Qrant Baqratyan deyib ki, indiki hakimiyyət uzaqgörən siyasət yürütmür, xüsusən də Qərbin xeyrinə geosiyasi seçim etmək istəyir və ondan kömək gözləyir.

O qeyd edib ki, N.Paşinyan könüllü istefa verəcəyi təqdirdə ona və ailəsinə təhlükəsizliklə bağlı zəmanət veriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930