“Azərbaycanda dollara tələb kəskin artıb”

13-02-2024, 21:30 1 dəfə baxılıb

 

“Bu gün keçirilən hərracda rekord məbləğdə dollar satılıb”.

“Azerinews.az” xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Parlamentari qeyd edib ki, bankların bugünkü sifarişi 151.1 milyon dollar olub:

“Bütövlükdə, bu ayın ilk 13 günündə keçirilən hərraclarda 370.9 milyon dollar satılıb. Bu gün hərracda yüksək sifariş heç də 13-ün “nəs rəqəm” hesab edilməsi ilə bağlı deyil, rekord məbləğ satışı valyuta bazarında dollara tələbin artdığını bir daha təsdiq edir”.

“Valyutadəyişmə məntəqələrində manatın mövcud məzənnəsi də məhz dollara tələbin kəskin artmasından xəbər verir. Rəsmi məzənnənin stabil qalmasına baxmayaraq aktiv valyutadəyişmə məntəqələri dolların satış deyil, alış kursunu manata nisbətən 1.70 müəyyənləşdiriblər. Neftin dünya bazar qiymətinin yüksək olmasına rəğmən, Azərbaycan valyuta bazarında volatillik artıb. Bununla belə, aparılan təhlillər göstərir ki, tələbin artması yalnız psixoloji faktorlar ilə bağlı deyil”, - deputat qeyd edib.

V.Bayramovun sözlərinə görə, dollara yüksək tələbin müşahidə olunmasına baxmayaraq, Mərkəzi Bankın bu məsələyə münasibət bildirməməsi də diqqəti cəlb edir:

“Bu dönəmdə requlator tərəfindən kommunikasiyanın gücləndirilməsi çox vaicbdir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930